XİN-də Qırğızıstanla diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib - YENİLƏNİB

2023/02/63fc5-1677483895.jpg
Oxunub: 6147     15:47     27 Fevral 2023    
Fevralın 27-də Xarici İşlər Nazirliyində Azərbaycan və Qırğız respublikaları arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tədbir və sərgi keçirilib.

Bu barədə Ordu.az-a Azərbaycan XİN-dən məlumat verilib.

Tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, Qırğız Respublikasının Azərbaycandakı Səfirliyinin əməkdaşları, Qırğızıstan Azərbaycan Ticarət Palatasının rəhbəri, Qırğızıstan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri və digər qonaqlar iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan-Qırğız Respublikası münasibətlərinin 30 illik inkişaf yoluna nəzər salıb. İki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın ortaq tarixi, mədəni dəyərlərindən qaynaqlandığını bildirib. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulayan nazir müavini Xələf Xələfov həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı uğurlu fəaliyyətin mövcudluğunu qeyd edib. Sonda nazir müavini Xələf Xələfov ölkələrimiz arasındakı çoxşaxəli münasibətlərin xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətt üzrə daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonalıyev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkələrimiz arasında diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığının qarşılıqlı faydalı tərəfdaşlıq, dostluq əsasında qurulduğunu və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etdiyini qeyd edib. Hər iki ölkənin məqsədinin türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə vermək olduğunu qeyd edən səfir ötən il Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfərinin, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlərin iki qardaş ölkənin münasibətlərində yeni mərhələnin əsasını qoyduğunu bildirib.

Sonda tədbir iştirakçıları Azərbaycan və Qırğız Respublikası arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

***

Xarici İşlər Nazirliyində Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlərin qurulması münasibətilə tədbir keçirilir.

Bu barədə Ordu.az-a XİN-dən bildirilib.

Tədbir Azərbaycan və Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin