Şəki və Zaqatalada Xocalı soyqırımının ildönümü qeyd olunub - FOTOLAR

2023/02/69857-1677427738.jpg
Oxunub: 8541     19:08     26 Fevral 2023    
Şəki və Zaqatala rayonlarında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Ordu.az-ın məlumatına görə, Şəkidə anım mərasimində Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Şəhidlər xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və önünə tər qərənfillər düzüblər. Xocalı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda şəhadətə ucalan oğullarımızın ruhuna dualar oxunub.

Xocalı soyqırımının 31-ci ildönümü bu gün səhər saatlarından başlayaraq Zaqatalada da anılıb. Anım mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, yürüş iştirakçıları abidənin önünə qızılgül və tər qərənfillər düzüb, Xocalı qurbanlarının və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə Xocalıda törədilən vəhşiliklərdən, ermənilərin dinc sakinləri amansızlıqla qətlə yetirməsindən danışılıb. Bildirilib ki, Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilən ən dəhşətli qətliamdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəki   Zaqatala   Xocalı-soyqırımı  


Bizi "telegram"da izləyin