İsmayıllı, Şamaxı və Ağdaşda Xocalı qurbanları yad edilib - FOTOLAR

2023/02/c40f1-1677419972.jpg
Oxunub: 5469     15:55     26 Fevral 2023    
İsmayıllı, Şamaxı və Ağdaş rayonlarında Xocalı qurbanları yad edilib.

Ordu.az xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq şəhərin mərkəzi meydanına toplaşan minlərlə sakin “Soyqırım abidəsi”nədək yürüş ediblər.

Rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, yürüş iştirakçıları abidənin önünə qızılgül və tər qərənfillər düzüb, Xocalı qurbanlarının və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Şamaxıda da Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb. Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə faciənin nəticələrindən geniş söhbət açılıb.

Ağdaşda Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "İrəli" İctimai Birliyi tərəfindən hazırlanmış Xocalı soyqırımının acı həqiqətlərini özündə əks etdirən "Böyüməyən uşaqlar" filmi şagirdlərə nümayiş olunub.

Filmin nümayişindən öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İdarə əməkdaşları və məktəb rəhbərliyi tərəfindən şagirdlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin