Goranboyda Xocalı faciəsi anılıb, ehsan süfrəsi təşkil olunub - FOTOLAR

2023/02/d3337-1677419852.jpg
Oxunub: 6405     15:45     26 Fevral 2023    
Goranboy rayonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib, Xocalıdan olan ailələr ziyarət olunub.

Ordu.az-ın məlumatına görə, tədbirdə Goranboy və Xocalı rayonlarının icra başçıları, digər rəhbər şəxsləri və xidmət sahələrinin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Goranboy şəhəri Şəhidlər Xatirə Kompleksi, sonra Yeni Yaşayış Massivində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Tədbirdə soyqırım aktına həsr olunmuş rəsm sərgisi nümayiş etdirilib.

Həmçinin Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərimizin ruhuna ehsan süfrəsi açılıb.

Bütün şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla anılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Goranboy   Xocalı-soyqırımı  


Bizi "telegram"da izləyin