Tərtərdə şəhid ailələri və qazilər tibbi müayinədən keçirilib - FOTOLAR

2023/02/terte-1677334887.jpg
Oxunub: 3646     17:52     25 Fevral 2023    
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutun əməkdaşları 25 fevralda Tərtər rayonunda şəhid ailələri və Vətən müharibəsi veteranları üçün növbəti tibbi-maarifləndirici aksiya keçirib.

Qurumdan Ordu.az-a verilən məlumata görə, tədbir zamanı EXO KQ, EKQ, nevroloji və endokronoloji müayinələr aparllıb.

TƏBİB-in tabeliyindəki Tərtər Rayon Mərkəzi Xəstəxanasında baş tutan tədbir zamanı Tərtər, Ağdam və Bərdə rayonlarından olan 200-dən artıq şəhid ailəsi, Vətən müharibəsi veteranları ödənişsiz kardıolojı tibbi müayinələrdən keçirilib.

Qeyd edək ki, aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, Tərtər İcra Hakimiyyəti, Tərtər Rayon Mərkəzi xəstəxana və “Servier” dərman şirkətinin dəstəyi ilə keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Tərtər   Şəhid-ailələri   Qazilər  


Bizi "telegram"da izləyin