Şəmkirdə Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR

2023/02/1677323550.jpg
Oxunub: 4796     15:05     25 Fevral 2023    
Şəmkir rayonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Ordu.az xəbər verir ki, anım tədbirində Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər heyəti və əməkdaşları, YAP Şəmkir Rayon Təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, eləcə də media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sonra Şəmkir Şəhidlər xiyabanında yerləşən Soyqırım Abidəsi və Şəhidlər Memorial Abidə Kompleksi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Eyni zamanda, Xocalı şəhərində soyqırıma məruz qalanların xatirəsinə Şəhidlər xiyabanında ağaclar əkilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəmkir   Xocalı  


Bizi "telegram"da izləyin