Cəbrayılın qəsəbələrində Xocalı soyqırımının ildönümü qeyd olunub - FOTOLAR

2023/02/301d7-1677244490.jpg
Oxunub: 4019     17:05     24 Fevral 2023    
Biləsuvar rayonunda yerləşən Cəbrayıl qəsəbələrində Xocalı soyqırımının ildönümü qeyd edilib.

Ordu.az-ın məlumatına görə, bu münasibətlə Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib.

Dəyirmi masada məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

İlk olaraq Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edənlər Xocalı soyqırımının tarixi haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, anım mərasimləri rayonun digər təhsil müəssisələrində də qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xocalı-soyqırımı  


Bizi "telegram"da izləyin