Kritik Sənaye İnfrastrukturunun Təhlükəsizliyi: Nəqliyyat, Rabitə, İnformasiya və Kommunikasiya Texnologiyalarının Təhlükəsizliyi

2022/09/kriti-1663402066.jpg
Oxunub: 290     16:06     13 Sentyabr 2023    
Dünya təhlükəsizlik anlayışının yenidən nəzərdən keçirilməli olduğu dövrlərdən keçir. Qlobal iqlim dəyişikliyi, COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsi qlobal təhlükəsizlik narahatlığını bir daha artırb.

Ordu.az xəbər verir ki, qida təhlükəsizliyi, enerji təhlükəsizliyi, su təhlükəsizliyi, sağlamlıq təhlükəsizliyi, təchizat təhlükəsizliyi və kibertəhlükəsizlik problemləri 2020-ci illərin birinci hissəsində üstünlük təşkil edib.

Pandemiya zamanı yaşanmağa başlayan və 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi ilə daha da şiddətlənən beynəlxalq təchizat zəncirindəki pozulmalar ölkələri strateji ehtiyaclarını ödəmək üçün xarici asılılıqlarını sürətlə azaltmağa sövq edir.

Bir çox ölkələr kritik infrastrukturlarını və sənayelərini gücləndirmək və mövcud sektorlarını daha möhkəm qorumaq üçün tədbirlər görüblər. Məsələn, bir çox ölkələr ölkədəki sənaye və xidmətlərin səmərəliliyini artırmaq üçün rəqəmsallaşmaya diqqət yetirməyə başlayıb, eyni zamanda xaricdə istehsal həyata keçirən şirkətlərini investisiyalarını ölkəyə köçürməyə təşviq ediblər.

Pandemiya prosesi, uzaqdan iş, e-təhsil və e-sağlamlıq kimi təcrübələrin artması özü ilə bərabər əvvəlkindən daha mürəkkəb və daha intensiv kiberhücumlar gətirir. Bu mürəkkəb və sərt təhlükəsizlik mühitində kritik infrastrukturların təhlükəsizliyi daha böyük əhəmiyyət kəsb edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kibertəhlükəsizlik   Türkiyə  


Bizi "telegram"da izləyin