Simsiz texnologiyalar artdıqca, inkişaf edən sistemlər daha sürətli rabitə texnologiyalarının yaranmasına imkan verib. Rabitə texnologiyaları inkişaf etdikcə, daha çox kosmik idarəetmə və daha güclü informasiya sistemləri gətirilib. Bu gün kompüter oyunlarında belə, sahib olduğunuz sistem qeyri-kafi olsa belə, sürətli internet bağlantısı ilə bulud üzərindən ən yüksək tutumlu oyunları oynamaq mümkündür.
Fotoşəkillərinizi saxlaya, əməkdaşlıq edə və uzaqdan idarə edə biləcəyiniz bulud sistemləri gələcəyin texnologiyalarının mühüm hissəsidir. Bulud hesablamaları rəqəmsallaşan dünyada dövlətdən özəl sektora qədər hər sahədə rəqəmsal texnologiyalar üçün yeni üfüq vəd edir.
Son illərdə bulud hesablama təhlükəsizliyində baş verən transformasiya diqqət çəkir. Bu sahədəki son inkişaflar bulud hesablamalarını fərqli bir nöqtəyə gətirsə də, təhlükəsizlik baxımından ortaya çıxan çətinliklər və təhdidlərin aradan qaldırılması sayəsində perspektiv vəd edir.
Sevinc Əliyeva
Ordu.az