Vətən müharibəsi qazilərinə və iştirakçılarına medallar təqdim olunub - FOTOLAR

2022/09/1662573127.jpg
Oxunub: 1918     17:53     07 Sentyabr 2022    
İsmayıllıda torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik göstərmiş və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə “Vətən müharibəsi iştirakçısı” medalının təqdimetmə mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, tədbirdə çıxış edənlər tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi vurğulanıb, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.

Sonra “Vətən müharibəsi iştirakçısı” medalı veteranlara təqdim olunub.

Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Qazi   Medal  


Bizi "telegram"da izləyin