PKK-nın liderlərindən olan Bedirhan Abi zərərsizləşdirilib

2022/09/1662283592.jpg
Oxunub: 5985     12:07     04 Sentyabr 2022    
Türkiyənin Milli Kəşfiyyat İdarəsi PKK-nın liderlərindən olan Bedirhan Abini zərərsizləşdirib.

Ordu.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Darav Gevda" kod adlı terrorçu İraqın şimalındakı Sincarda keçirilən əməliyyatda məhv edilib.

2011-ci ildə PKK sıralarına qatılan Abi təşkilat rəhbərliyi tərəfindən göndərildiyi Şırnak və Yüksekova bölgələrində terror fəaliyyətlərini davam etdirib. Türkiyədə olduğu müddətdə bəzi təhlükəsizlik qüvvələrinin şəhid olması ilə nəticələnən aksiyalara qatılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MİT   PKK  


Bizi "telegram"da izləyin