Qazaxıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

2022/08/1661356023.jpg
Oxunub: 2502     18:04     24 Avqust 2022    
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Şəhidlər xiyabanını ziyarət edib.

Ordu.az xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Kasım-Jomart Tokayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Qazaxıstan Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Qazaxıstan   Şəhidlər-Xiyabanı  


Bizi "telegram"da izləyin