Xaçmazda xüsusi dövlət mühafizə sahəsində çalışan əməkdaşların peşə bayramı qeyd edilib - FOTOLAR

2022/08/11-1661270381.jpg
Oxunub: 7171     18:34     23 Avqust 2022    
Xaçmaz rayonunda xüsusi dövlət mühafizə sahəsində çalışan əməkdaşların peşə bayramı qeyd olunub.

Ordu.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə güldəstələri qoyublar.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev xüsusi dövlət mühafizəsi sistemində çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirib ki, xüsusi mühafizə sisteminin şəxsi heyəti Azərbaycan Respublikasının ərazi bütövlüyü, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, respublikamızda baş verə biləcək terror aktlarının qarşısının alınması kimi ən mühüm sahələrdə daim nümunəvi fəaliyyəti və fədakarlığı ilə diqqəti cəlb edib. Əminliklə qeyd olunub ki, xüsusi mühafizə sisteminin əməkdaşları onlara göstərilən etimadı nümunəvi xidmətləri ilə daim ən yüksək səviyyədə doğrultmağa çalışır, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verirlər.

Çıxış edən yerli hüquq mühafizə orqanlarının rəhbərləri peşə sahiblərini təbrik ediblər.
Sonda xidmətdə fərqlənən əməkdaşların bir qrupuna Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xaçmaz   Tədbir  


Bizi "telegram"da izləyin