Hərbi hissələrdə görüşlər keçirilib - FOTOLAR

2022/08/1661184090.jpg
Oxunub: 7657     18:02     22 Avqust 2022    
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilərlə hərbi hissələrdə görüşlər keçirib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, görüşlərdə Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində və digər struktur bölmələrdə xidmət edən qadın hərbi qulluqçuların və mülki işlərdə çalışan qadınların əməyinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirildiyi qeyd olunub.

Sonda qadın hərbi qulluqçuların və mülki işçilərin fikirləri dinlənilib, maraq doğuran suallar cavablandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Hərbi-hissə   Görüş  


Bizi "telegram"da izləyin