Suriyada PKK-nın yüksək səviyyəli idarəçisi məhv edilib

2021/08/82630-1628162648.jpg
Oxunub: 5473     11:43     21 Avqust 2022    
Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada PKK-ya əhəmiyyətli zərbə endirib.

Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təşkilatın yüksək səviyyəli idarəçisi məhv edilib.

Suriyanın şimalında Hasəkədə PKK/YPG terrorçularına ideoloji və silahlı təlim keçən Mihyeddin Gulo əməliyyatla zərərsizləşdirilib. Əməliyyat avqustun 9-da Qamışlıda həyata keçirilib.

Kod adı Hebat Derik olan Gulonun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyaların planlaşdırılmasında fəal rol oynayıb. Həmçinin “Barış Pinarı” və “Zeytun budağı” əməliyyatlarında iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin