"ABŞ rus mütəxəssislərin laboratoriyaları ziyarət etməsinə qarşı deyil" - Səfir

2019/11/regnu-1573897711.jpg
Oxunub: 587     16:07     16 Noyabr 2019    
"ABŞ Rusiya Federasiyası dövlət orqanlarının nümayəndələri və mütəxəssislərinin Amerikanın maliyyə vəsaitləri ilə Ermənistanda yaradılmış bioloji laboratoriyalara yaxın gələcəkdə daxil ola biləcəyinə qarşı deyil".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi İrəvan və Moskvanın tezliklə bu laboratoriyaların Rusiyanın səhiyyə və hərbi mütəxəssislərinin üzünə açılması üçün memorandum imzalanacağı ilə bağlı rəsmi bəyanatları şərh edərkən bildirib.

Lin Treysi bu sahədə Ermənistan və Rusiyanının əməkdaşlıq etməsi məsələsində problem görmədiyini ifadə edib.

"Biz, hələ 2008-ci ildən bəri Ermənistan hökuməti ilə bioloji təhlükəsizlik məsələləri üzrə əməkdaşlıqdan qürur duyuruq. Bu laboratoriyalar məhz bu əməkdaşlığın nəticəsidir", - deyə səfir qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya   Labaratoriya  

"ABŞ rus mütəxəssislərin laboratoriyaları ziyarət etməsinə qarşı deyil" - Səfir

2019/11/regnu-1573897711.jpg
Oxunub: 588     16:07     16 Noyabr 2019    