“Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağ danışıqlarının yeni dövrü kəskin şəkildə yavaşlayıb” – Tarasov

2019/10/456-(-1572434950.jpg
Oxunub: 6759     14:41     31 Oktyabr 2019    
“Azərbaycan tərəfi hesab edir ki, Paşinyan səhvə yol verəcək, Rusiyadan uzaqlaşacaq və Bakı Moskvanın təbii müttəfiqi olacaq. Əgər Paşinyan səhv etsə, o zaman Əliyev Qarabağ istiqamətində manevr etmək üçün çoxlu imkanlar qazanacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus politoloq, Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert, “Regnum” agentliyinin şərq şöbəsinin Baş redaktoru Stanislav Tarasov Dağlıq Qarabağ münaqişəsi ətrafında baş vermiş son inkişaflara toxunarkən bildirib.

O, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Bratislavada baş tutacaq görüşü barədə bildirib ki, bu, adi bir görüşdür.

“Hər hansı mövzulu sensasiya və ya irəliləyiş gözləmirik, çünki nazirlərin nədən danışacağı ilə bağlı görüşün ilkin gündəmi belə açıqlanmayıb. Paşinyan hakimiyyətə gəldikdən sonra başlayan Qarabağ danışıqlarının yeni intensiv dövrü kəskin şəkildə yavaşlayıb. Biz bilirik ki, həmin dövrdə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında bir neçə görüş baş tutub. Daha sonra isə Əliyev və Paşinyan arasında şəxsi xarakterli əlaqələr oldu. Lakin bu gün dialoq templəri kəskin şəkildə yavaşlayıb və hətta rus tərəfi düşünür ki, dialoq bərpa oluna bilməz, o, son həddə çatıb. Bu gün biz Əliyev və Paşinyanın yeni görüş imkanlarını görmürük. Gələcəkdə hadisələrin necə inkişaf edəcəyini söyləmək çətindir”,- deyə Tarasov bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan tərəfi hazırda gözləmə mövqeyindədir.

“İlham Əliyev hazırda gözləmə strategiyasını əsas tutur. Bu gün Bakının ümidi budur ki, Serj Sarkisyanın hakimiyyət illərində olduğu kimi hazırda Paşinyanın Rusiya ilə əlaqələri yaxşı deyil. Əliyev hesab edir ki, Paşinyan səhvə yol verəcək, Rusiyadan uzaqlaşacaq və Bakı Moskvanın təbii müttəfiqi olacaq. Əgər Paşinyan səhv etsə, o zaman Əliyev Qarabağ istiqamətində manevr etmək üçün çoxlu imkanlar qazanacaq”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   Ermənistan  


Bizi "telegram"da izləyin