Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq vitse-spikeri, Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.
Mətbuat konfransı zamanı jurnalistin xahişi ilə Balasanyanın “Nikol Paşinyanın Qarabağ məsələsində apardığı siyasət Levon Ter-Petrosyanın apardığı siyasətin davamıdır” bəyanatı ilə bağlı Şarmazanov bildirib ki, Ter-Petrsoyanın Paşinyandan fərqli olaraq xoşlarına gəlməyən fikrini ən azından açıq söyləmək cəsarəti var.
“Mən heç vaxt Qarabağ məsələsində birinci prezidentin tərəfdarı olmamışam, lakin mən düzgünlüyə hörmət edən xadiməm. Levon Ter-Petrosyan ölkəmizin ilk prezidentidir, onun öz fikri olub, Paşinyandan fərqli olaraq xoşumuza gəlməyən fikrini ən azından açıq söyləmək cəsarəti var”, - deyə o qeyd edib.
Şarmazanov 1992-ci il mayın 5-də “Komsomolskaya Pravda”ya verilən məşhur müsahibəni xatırladıb. Həmin müsahibədə Petrosyan bildirib ki, Dağlıq Qarabağın muxtar respublika kimi Azərbaycan tərkibinə qatılmasına qarşı deyil.
“Biz heç vaxt bu cür fikir səsləndirmədik. Lakin Paşinyan Ter-Petrosyandan fərqli olaraq diametrik şəkildə fərqli şeyi deyir. Biz səhər bir şey deyən, axşam tamamilə başqa bir şey söyləyən, BMT tribunasında bir söz, Xankəndində isə fərqli söz danışan rəhbərin dövründə yaşayırıq. Bu, rüsvayçılıqdır. Dövlət xadimi proqnozlaşdıra bilən olmalıdır. Müxalif Paşinyan səhərdən axşama qədər KTMT-ni tənqid edə bilməz, bu gün ölkənin Baş naziri olaraq KTMT konfranslarında 11 dəfə “spasipo” xərcləsin. Belə olmur - sən ya tərəfdarsan, ya dostsan, ya da qarşısan”, - deyə Şarmazanov bildirib.
Alpər Mövludoğlu
Ordu.az