Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu avropalı hərbi ekspert Treysi German Ermənistan Müdafiə Nazirliyinin 2020-ci il üçün planlaşdırdığı hərbi büdcə məsələsinə toxunarkən bildirib.
Onun sözlərinə görə, bu kimi münaqişələrin mövcudluğu şəraitində belə bir qərarın qəbul edilməsi üçün münaqişə zonasında mövcud risklər, rəqibin hərbi büdcəsi və hərbi səviyyə nəzərə alınmalıdır.
“Adətən bu kimi münaqişlərin təmkini üçün tərəflər güc balansını qorumağa çalışırlar ki, tərəflərdən biri digərinə qarşı böyük üstünlük əldə etməsin. Bu, münaqişəni təmkinli etmək üçün hədsiz dərəcədə vacibdir. Əlbəttə, bu, qeyd edilən ölkənin imkanlarından, resurslarından asılıdır. Bu mənada balans status-kvonun saxlanılması zəmanətlərindən biridir. Bir halı da müşahidə etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırda konstruktiv danışıqlar yoxdur. Yəni, danışıqlar var, lakin hansısa razılıq yoxdur, tərəflər təhdid mübadilələri aparırlar, cəbhə xəttində zaman-zaman qurbanlar, yaralılar qeydə alınır, gərginlik alovlanır və bu, müharibənin yenidən başlaması təhlükəsidir. Münaqişə edən ölkələrinin hərbi xərcləri arasında mümkün qədər çox balans olmalıdır. Dağlıq Qarabağ münaqişəsi məhz balans sayəsində təmkinli ola bilər”,- deyə German bildirib.
Alpər Mövludoğlu
Ordu.az