Erməni ictimai-siyasi xadim: “Azərbaycan artıq sözdən işə keçməyə hazırdır”

2019/10/Grigo-1571479511.jpg
Oxunub: 3590     17:44     19 Oktyabr 2019    
“Əlbəttə, bu kimi fəaliyyətlər eyni zamanda xatırladır ki, Azərbaycan artıq sözdən işə keçməyə hazırdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni ictimai-siyasi xadim Qriqori Ayvazyan bildirib.

O, Azərbaycan prezidentinin “Valday” beynəlxalq klubun iclası zamanı etdiyi çıxışı xatırlayıb.

“Oktyabrın 3-də Soçidə, “Valday” beynəlxalq klubun iclasında Azərbaycan prezidenti İlham Əliyev erməni xalqına və dövlətçiliyinə qarşı bəyanatlar verdi. O, avqustun 6-da Ermənistanın Baş naziri Nikol Paşinyanın Xankəndində baş tutmuş mitinqdə ifadə etdiyi “Qarabağ Ermənistandır, vəssalam” bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” şəklində cavab verməklə bəyanat səsləndirdi. Bu, müttəfiqimiz Rusiyanın rəsmi nümayəndələrinin iştirakı ilə baş tutdu. Əlbəttə, bu kimi fəaliyyətlər eyni zamanda xatırladır ki, Azərbaycan artıq sözdən işə keçməyə hazırdır. Bu müddət ərzində Bakıda iki ölkə rəhbərləri və Xarici İşlər nazirləri arasında görüşlər baş tutdu. Türkiyə Azərbaycanın Qarabağa və Ermənistana hücum etmək kimi hərbi planlarına tam dəstək verdi”,- deyə Ayvazyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal   Müharibə  

Erməni ictimai-siyasi xadim: “Azərbaycan artıq sözdən işə keçməyə hazırdır”

2019/10/Grigo-1571479511.jpg
Oxunub: 3591     17:44     19 Oktyabr 2019    