Erməni ictimai-siyasi xadim: “Biz müharibə astanasındayıq və sülh perspektivləri getdikcə bulanır”

2019/10/Grigo-1571479450.jpg
Oxunub: 3353     14:52     19 Oktyabr 2019    
“Bu dövrdə Minsk qrupunun həmsədrləri regional səfərlə Ermənistana gəlib, lakin həmişə olduğu kimi, konkret ünvanlar əvəzinə neytral, ünvansız bəyanatlarla təcavüzkar hərəkətləri qınaqdıqlarını, sakitliyin və sülhün hazırlanmasına çağırış etdiklərini bildirirlər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni ictimai-siyasi xadim Qriqori Ayvazyan bildirib.

O, məcburi köçkünlərin Tərtər rayonunda baş tutmuş yığıncağı məsələsinə xüsusilə toxunub.

“Azərbaycanlı qaçqınlar və izdiham erməni mövqelərinə daxil olmağa çalışıb. Bu, ilk cəhd deyil. Füzuli, Ağdam istiqamətində bu kimi fəaliyyətlər olub və indi də Ağdərə cəbhəsinə çatıblar. Bunun ciddi nəticələri ola bilər. Biz müharibə astanasındayıq və sülh perspektivləri getdikcə bulanır. Bu dövrdə Minsk qrupunun həmsədrləri regional səfərlə Ermənistana gəlib, lakin həmişə olduğu kimi, konkret ünvanlar əvəzinə neytral, ünvansız bəyanatlarla təcavüzkar hərəkətləri qınaqdıqlarını, sakitliyin və sülhün hazırlanmasına çağırış etdiklərini bildirirlər.

Ümumi bəyanatlarla Azərbaycanın o mövqeyini daha çox təşviq edirlər ki, məsələ müharibə yolu ilə həll edilməlidir və bunun üçün beynəlxalq cəmiyyət onları qınamayacaq”,- deyə Ayvazyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Müharibə   İşğal  

Erməni ictimai-siyasi xadim: “Biz müharibə astanasındayıq və sülh perspektivləri getdikcə bulanır”

2019/10/Grigo-1571479450.jpg
Oxunub: 3354     14:52     19 Oktyabr 2019    