Ordu.az xəbər verir ki, işğalçı Ermənistan ordusunun hərbi qulluqçuları Simon Tirosyan və Hayk Avedisyan arasında dava baş verib.
“Zampolit” E.Polyanın raportuna əsasən hər iki hərbçinin izahatı alınaraq hərbi polisin müstəntiqlərinə təqdim edilib. Əsgərlərdən biri hərbi hospitala, digəri isə həbsə göndərilib.
Faktla bağlı hərbi polis tərəfindən araşdırma aparılır.
Ordu.az