Ermənistan ordusunun hərbi qulluqçusu ağır yaralanıb

2017/11/345345_1511421403.jpg
Oxunub: 20018     12:14     18 Oktyabr 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində daha bir qeyri-döyüş itkisi hadisəsi qeydə alınıb.

Ordu.az xəbər verir ki, işğalçı Ermənistan ordusunun 2001-ci il təvəllüdlü hərbi qulluqçusu Edqar Xanağyan təhlükəsizlik qaydalarını pozduğuna görə ağır xəsarət alıb.

Hadisə ictimaiyətdən gizlədilir. Müxtəlif bədən xəsarətləri alan hərbi qulluqçu E. Xanağyan hərbi hospitala yerləşdirilib.

Faktla bağlı hərbi polis tərəfindən araşdırma davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yaralı  


Bizi "telegram"da izləyin