Paşinyanın müşaviri Aprel döyüşlərinə görə dindirilib

2019/08/6429c-1566547266.jpg
Oxunub: 873     11:24     18 Oktyabr 2019    
Dünən Ermənistan Baş nazirin müşaviri, general-mayor Arşak Karapetyan Aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyasının iclasına dəvət olunub. O, 2016-ci ilin Aprel döyüşləri vaxtı Ermənistan SQ BQ Kəşfiyyat İdarəsi rəisi olub.

İstintaq Komissiyasının sədri Andranik Köçəryan bildirib ki, bundan sonra jurnalistlərə dəvət olunanlar haqqında məlumat veriləcək, lakin komissiyanın işləri məxfilik rejimində davam edəcək. Köçəryan qeyd edib ki, iclas Ermənistan parlamenti ərazisində davam edəcək.

Junalistlər “Vaxtilə bildirildi ki, keçmiş vəzifəli şəxslər, o cümlədən sabiq Müdafiə naziri Vağarşak Harutyunyan komissiyanın işlərinə cəlb olunmalıdır. İndi artıq onları cəlb etmisiniz?” deyə Andranik Köçəryana sual ünvanlayıblar.

O qeyd edib ki, Vağarşak Harutyunyan artıq bir neçə dəfə komissiyaya məsləhət dəstəyini nümayiş etdirib.

“Ona təşəkkür edirik. Arilleriya qoşunlarımızın qurucusu, adını indi dərc etməyəcəyim bir kəşfiyyat sahəsi müxtəxəssisi, general-mayor Hayrapetyan da məsləhət xidməti göstərmək istəyini bildirib. Norat Ter-Qriqoryants da belə bir istək bildirir, sona peşman olur, daha sonra yenidən istəyir. Mənim onunla yazışmam var, son dəfə o mənə zəng etdi, Suriyaya getdiyini, gələ bilməyəcəyini dedi. Bu gün görürəm ki, müsahibə verib. Bilmirəm niyə, ona elə gəlir ki, aprel komissiyası inkvizisiyadır. Biz dəfələrlə demişik ki, aprel komissiyası həmin dövrün çatışmazlıqlarını araşdırır. Əgər varsa, onların aradan qaldırılması yolları qeyd edilməlidir. Əgər adlar varsa, onların adları da nəticədə qeyd edilməlidir. İndi kimlərin Ter-Qriqoryantsı - hörmətli generalımızı bu cür qoxularla ruhlandırdığını yaxşı başa düşürəm, çünki dəvət olunanların top onluğuna nə qədər yaxınlaşsaq, qorxular generallara tərəf bir o qədər çox ünvanlanacaq. Buna görə də onlar narahatlıqlarla çıxış edəcəklər. Narahat olanlar Norat Ter-Qriqoryants və ya digər hörmətli generallarımız deyil. Narahat olanlar o hərbçilər olmalıdır ki, onların işində qüsurlar olub və bu qüsurlar dönməz nəticələrə səbəb olub”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aprel-döyüşləri   Karapetyan   İstintaq  

Paşinyanın müşaviri Aprel döyüşlərinə görə dindirilib

2019/08/6429c-1566547266.jpg
Oxunub: 874     11:24     18 Oktyabr 2019    