Paşinyan Qarabağla bağlı heç kimdən heç nə gizləməyəcəyi ilə bağlı verdiyi vədi yerinə yetirmir

2019/10/a0e54-1571310256.jpg
Oxunub: 567     16:03     17 Oktyabr 2019    
Aşqabadda keçirilən MDB sammitində, proqnozlaşdırıldığı kimi, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş baş tutdu. Yarırəsmi məlumata görə, Paşinyan və İlham Əliyev naharda yan-yana oturub və iki saat ərzində Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər. İrəvanda bu qədər məlumat veriblər. Danışıqlarda məxfiliyin qorunmasının zəruriliyini əsas gətirərək əlavə məlumat verilmir.

Əlbətdə ki, ən azı İrəvanın mövqeyi baxımından bu cür məxfiliyin qorunmasına sadiqlik qəribədir, çünki cəmi bir neçə ay əvvəl Paşinyan Qarabağ məsələsində heç kimdən heç nə gizlətmədiyini, gizlətməyəcəyini və xalqın qərar verəcəyini bildirib. İndi, hansısa bir şeyin dəyişdiyi ortaya çıxır. Bu, həm də Paşinyanın danışıqlar prosesi barədə mümkün qədər çox insanın məlumatlandırılmasının lazım olduğuna dair danışdığı sözləri ilə eyni vaxtda baş verir və detallar haqqında danışmaqdan yayınırlar.

Sadəcə olaraq, yalnız irəliləyişin olub-olmadığını, ilin sonuna qədər rəsmilərin görüşünün olub-olmayacağını, hansı humanitar addımların atılacağını və Rusiya XİN Sergey Lavrovun girov mübadiləsinin hansı növündən bəhs etdiyini və ya nəhayət, əlbəttəki nizamlama prosesində köklü bir dəyişiklik yoxdursa “Madrid planı”na uyğun olaraq, danışıqlar prosesi hansı mərhələyə çatdığı barədə demək lazımdır.

“Politik.am” nəşri məqaləsində qeyd edib ki, həddindən artıq gizlilik Qarabağ tənzimlənməsi ilə bağlı belə bir incə məsələdə səhvdir və bu baxımdan Paşinyanın kabineti heç olmasa sələflərindən çox da fərqlənmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Qarabağ  

Paşinyan Qarabağla bağlı heç kimdən heç nə gizləməyəcəyi ilə bağlı verdiyi vədi yerinə yetirmir

2019/10/a0e54-1571310256.jpg
Oxunub: 568     16:03     17 Oktyabr 2019    