Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni azərbaycanşünas Anjela Elibekova bildirib.
Onun sözlərinə görə, bu tezis yavaş-yavaş konstruksiya alır, xüsusilə konfranslar və parlament dinləmələri keçirilir, Azərbaycan Müdafiə Nazirliyini bunu əmr kimi qəbul edib, Azərbaycan icması isə gəncləri birləşməyə və bu prinsipi beynəlxalq arenaya çıxarmağa çağırıb.
“Yeni konsept formalaşır, əminəm ki, Azərbaycan bu konsepti beynəlxalq cəmiyyətə təqdim edəcək. Narahatlıq rəsmi mövqeyimizdir ki, təbliğat xəttimizi necə aparacağıq. Əgər bu vəziyyətdə Azərbaycandan bizim üçün proqnozlaşdırılan mənzərəmiz varsa, erməni tərəfinin rəsmi mövqeyi haqqında eyni şeyi deyə bilmərik”, - deyə o bildirib.
Elibekova qeyd edib ki, Ermənistan hakimiyyəti özündən fərqli üç yanaşmanı önə çəkir.
“Ermənistan Baş naziri Nikol Paşinyan əvvəlcə bildirdi ki, Qarabağ (qondarma qurum-red.) danışıqlar masasına qayıdır, çünki məsələnin həlli üçün onun mandatı yoxdur. Sonra ikinci tezis səslənir ki, “Qarabağ Ermənistandır, vəssalam”. Üçüncü həll isə budur ki, Qarabağ məsələsinin həlli həm Azərbaycan, həm Ermənistan, həm də Qarabağ sakinlərinin maraqlarından irəli gəlməlidir. İndi hansı tezisi rəhbər tuturuq? Təbliğat paketi aydınlaşdırılmalı və inkişaf etdirilməlidir. Əgər biz Qarabağın Ermənistan tərkibinə daxil olması yolu ilə gediriksə, o zaman Azərbaycan bildirir ki, müharibə əməliyyatlarına başlamaqdan başqa bir variant yoxdur”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az