“Qətliam görmək istəyənlər Qarabağa baxsın” - Ərdoğan

2019/01/recep-1546493751.jpg
Oxunub: 28843     14:18     16 Oktyabr 2019    
“Türkiyə tarixin heç bir dönəmində mülki əhalini qətlə yetirməyib, soyqırımı törətməyib və törətməz”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, qətliam görmək istəyənlər Əfqanıstana, Qafqazda Dağlıq Qarabağa, Balkan yarımadasında Bosniya və Herseqovinaya baxmalıdırlar.

"Türkiyəni mülki əhalini öldürməkdə günahlandıranların gözü kor, qulağı kar, ürəkləri daşlaşıb”, - deyə Ərdoğan qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Qarabağ  


Bizi "telegram"da izləyin