Oktyabrın 16-da, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya, Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) işğal altında olan Qarabağa gəliblər.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfər edənlər arasında ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kasprşik də olub.
Səfər zamanı Qarabağ münaqişəsinin həlli və cəbhə xəttində hökm sürən vəziyyətlə bağlı məsələlər müzakirə olunub.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ATƏT
Qarabağ