Ordu.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Londonda keçirilən NATO Parlament Assambleyasının iclasında bildirib.
O qeyd edib ki, Şimali Atlantik Alyansı ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə yönəlmiş səylərini dəstəkləyir.
“Məlumdur ki, bu münaqişənin hərbi həlli yoxdur. NATO hələki birbaşa rol oynamır, lakin biz siyasi həll axtarılması məsələsində ATƏT-in Minsk qrupunun həmsədrlərini dəstəkləyirik”,- deyə Stoltenberq bildirib.
Alpər Mövludoğlu
Ordu.az