Ordu.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.
"Siz buna əmin olmalısınız. Bu, bizim səmimi arzumuzdur. Çünki Azərbaycanın ərazi bütövlüyü çox mühümdür. Hər şey sülh yolu ilə olmalıdır, Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir. İlham Heydər oğlu, biz bunu həmişə dəstəkləmişik və gələcəkdə də mütləq dəstəkləyəcəyik. Çünki bu, bizim qardaş Azərbaycanla bağlı niyyətimizdir", - Şavkat Mirziyoyev qeyd edib.
Ordu.az