Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hərbi qulluqçunun anası Tamara Bağdasaryan məlumat verib.
Məlumata görə, onun oğlu işğal altında olan Xocavəndin Hadrut yaşayış məskənində yerləşən hərbi hissədə qulluq edir.
“Qarın nahiyəsindən ağrılar hiss etdiyi üçün hədsiz dərəcədə ağır vəziyyətdə hərbi hissədən Cəbrayıl xəstəxanasına yerləşdirilib. Müəyyən olub ki, kor bağırsağı partlayıb və şişməyə başlayıb. Xəstəxananın həkimləri dərhal əməliyyata başlayıblar”, - deyə hərbi qulluqçunun anası bildirib.
Beş saat yarım davam edən əməliyyat nəticəsində həkimlər erməni əsgərin vəziyyətinin ağır olduğunu bildiriblər.
Alpər Mövludoğlu
Ordu.az