Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Modus Vivend” mərkəzinin rəhbəri, keçmiş diplomat, siyasi analitik Ara Papyan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun “Valday” konfransı zamanı Ermənistana ünvanladığı bəyanata toxunub.

Papyan bildirib ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Nikol Paşinyana Qarabağda səsləndirdiyi “Qarabağ Ermənistandır, vəssalam” bəyənatını xatırladıb.
“Lakin Əliyevin “Valday”da səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatına heç bir cavab olmadı. Rusiya tərəfi bununla qərəzsiz vasitəçi mövqeyini pozdu. Lavrovun bu cür bəyanatı həm hüquqi, həm tarixi, həm də mənəvi baxımdan tamamilə qeyri-məqbuldur”, - deyə o qeyd edib.
Bununla yanaşı, Papyan prezident İlham Əliyevin "Qarabağ xalqı yoxdur" bəyatına da, münasibət bildirib: "Təbii ki, belə bir millət yoxdur. Biz də bilirik ki, qarabağlılar ermənilərdir. Qarabağlı kəlməsi aparanlı, gümrülü və digərləri kimi coğrafi termindir. Bu baxımdan bəli, belə bir millət yoxdur".
Alpər Mövludoğlu
Ordu.az