Ermənistan ordusunun 10-dan çox əsgəri zəhərlənib

2018/06/34_1528612352.jpeg
Oxunub: 520     18:43     12 Oktyabr 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət keçən hərbi qulluqçularının sosial-məişət şəraitinin acınacaqlı olması əsgər valideynləri üçün ürək ağrısına çevrilib.

Ordu.az xəbər verir ki, işğalçı Ermənistan ordusu rəhbərliyinin guya yeni qidalanma sisteminə keçməsi, daha keyfiyyətli yeməklə təmin edilməsi barəsində az qala hər gün yayılan xəbərlər valideynləri aldatmaqdan başqa bir şey deyil.

Tərxis olunan bəzi əsgər valideynlərinin Ermənistan müdafiə nazirliyinin qaynar xəttinə qidanın keyfiyyətsiziliyi ilə bağlı etdiyi zənglər hərbi qulluqçuların yeməyində yeniliklərin olması barədə məlumatların yalan olduğunu təsdiq edir.

Bu günlərdə Ermənistan ordusunun hissələrindən birində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Hospitala göndərilən əsgərlərdən birinin yaxın qohumunun dediyinə görə şam yeməyində istifadə müddəti çoxdan bitmiş pendir yeyən 15 erməni əsgəri zəhərlənib. 5 hərbi qulluqçunun vəziyyəti nisbətən qənaətbəxş olduğuna görə onlar hərbi hissənin tibb məntəqəsində saxlanılıb. Qida zəhərlənməsi nəticəsində vəziyyəti ağır olan 10 əsgər isə təcili yardım maşınları ilə hospitala təxliyə olunub.

Ordu komandanlığının göstərişi ilə aparılan araşdırmaya bir neçə həkim də cəlb olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Zəhərlənmə  

Ermənistan ordusunun 10-dan çox əsgəri zəhərlənib

2018/06/34_1528612352.jpeg
Oxunub: 523     18:43     12 Oktyabr 2019    