Ordu.az xəbər verir ki, bu günlərdə müalicəyə göndərilməyən daha bir əsgər Davit Karapetyanın valideynləri övladlarından nigaran qaldıqları üçün hərbi komissarlığa müraciət ediblər.
Xəbərdə deyilir ki, işğalçı Ermənistan ordusunun “Yeğnik” təlim mərkəzində xidmət edən hərbi qulluqçu Davit Karapetyan səhhətində ciddi problemlər olmasına baxmayaraq komandanlıq onu müalicəyə göndərmək istəmir.
Əsgərin valideynlərinin müraciətindən sonra yüksək vəzifə tutan A.Bağdasar hərbi qulluqçunun təcili tibb müəssisəsinə göndərilməsi barədə hissə komandirindən “xahiş edib”.
Əsgərin valideynləri xəstə övladlarının sağlamlığının günü-gündən pisləşdiyini deyirlər.
Ordu.az