Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Hərbi xidmət haqqında” qanuna dəyişikliklər Türkiyə Böyük Millət Məclisində qəbul olunub.
Məlumata görə, 1927-ci ildə qəbul edilən “Hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklər arasında ödənişli hərbi xidmətin müddətli olması, sıravi əsgərliyin 6 ay, zabitlər üçün 12 olması, eyni zamanda 130 min əsgərin erkən tərxis olunması da yer alıb.
Türkiyə Cümhuriyyətində çağırış müddəti 20 yaşı tamam olan ilin 1 yanvarından başlayır, 41 yaşı tamam olan ilin 1 yanvarında isə bitir.
Bildirilir ki, dünən TBMM-də qəbul edilən qanun layihəsi təsdiq olunmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
Sevinc Əlyeva
Ordu.az