İyunun 1-də saat 07:30 radələrində atəşkəs rejimini pozmaqla təxribat törətməyə cəhd edərkən məhv edilən, erməni ordusunun Qarabağın cənub-şərq istiqamətində (Xocavənd) dislokasiya olunan hərbi hissələrindən birinin hərbi qulluqçusu, 19 yaşlı Sipan Serjiki Melkonyan ailənin tək oğlu olub.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Kotayk vilayət rəhbəri Romanos Petrosyan bildirib.
Onun sözlərinə görə, məhv edilən Melkonyan Ermənistanın Kotayk vilayətinin Kasax kənd sakini olub.
“Melkonyan məhz döyüş mövqeyində rəqibin snayper atəşindən ölüb. Bizim vilayətin Kasax kənd sakini, ailənin tək oğlu idi. Onun bir tələbə bacısı var, atası da kənd məktəbinin gözətçisidir”, - deyə Petrosyan bildirib.
Alpər Mövluoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
İşğal
Qarabağ