Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlim keçiriləcək - VİDEO

2019/05/IMG_2-1559224042.jpg
Oxunub: 23177     17:12     30 May 2019    
Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, iyunun 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlim keçiriləcək.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Ordu.az-a bildirilib ki, təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi olub.


Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.

“Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Türkiyə   Sarsılmaz-qardaşlıq-2019  


Bizi "telegram"da izləyin