“Milli Kibertəhlükəsizlik Strategiyası yaradılır” - Nazir

2019/05/15284-1559199932.jpg
Oxunub: 19931     11:01     30 May 2019    
“Əminəm ki, İnnovasiya Həftəsi çərçivəsində təşkil olunan bu tədbir uğurlu olacaq”.

Ordu.az xəbər verir ki, bu sözləri Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bunu bu gün “Monex Caspian” sammitində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bankların rəqəmli transformasiyasının sürətləndirilməsi vacibdir.

“Maliyyə texnologiyalarının inkişafında startaplar mühüm rol oynayır. Nazirlik bir neçə ildir ki, startapları qrant əsasında maliyyələşdirir. Artıq ölkəmizdə maliyyə texnologiyaları üzrə startaplar həyata keçirilir. Nazirliyin tərkibindəki İnnovasiya Agentliyi bu sahədə startapların maliyyələşdirilməsində mühüm rol oynaya bilər.

Maliyyə-bank sistemində kibertəhlükəsizlik mühüm rol oynayır. Kibertəhlükəsizliyə cavabdeh qurumlar yaradılıb, bu sahədə Milli Kibertəhlükəsizlik Strategiyasının yaradılması istiqamətində iş aparılır. Nazirlik bu istiqamətində təşəbbüslərə dəstək verir”, - deyə Ramin Quluzadə bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Monex-Caspian   Nazir  


Bizi "telegram"da izləyin