Bunu Bakıda keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Azərbaycan Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov deyib.
PA rəsmisi diqqətə çatdırıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir: "Ermənistan monietnik ölkədir. Azərbaycan, Gürcüstan isə poloetnik ölkədir, burada müxtəlif dinlərə, dillərə mənsub xalqlar yaşayır. Ermənilər Dağlıq Qarabağı işğal ediblər, etnik təmizləmə aparıblar, oradan azərbaycanlılar çıxarılıb. Bu, nasist siyasətidir. Mayın 9-da bir sıra ölkələr qələbə gününü qeyd edir. Amma Ermənistanda nasist siyasət yürüdülür”.
F.Axundov qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırır. (Azvision.az)
Ordu.az