Əsgəri döydüyünə görə erməni baş praporşik hərbi prokurorluğa çağırılıb

2019/05/solda-1558698825.jpg
Oxunub: 6674     17:57     24 May 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən əsgər Armen Sadoyan komandiri tərəfindən təzyiqlərə məruz qalıb.

Ordu.az xəbər verir ki, o, müxtəlif bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.

Hərbi qulluqçu izahatında bölüyün starşinası baş praporşik Artur Arşakyan tərəfindən tez-tez təhqir edildiyini və döyülərək bu vəziyyətə salındığını yazıb.

Faktla bağlı Hadrut prokurorluğunda araşdırma aparılır və A.Arşakyan tabeliyində olan əsgəri döydüyünə görə istintaqa cəlb edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Döyülmə   Dedovşina  


Bizi "telegram"da izləyin