Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın arvadı, “Haykakan jamanak” qəzetinin redaktoru Anna Hakopyan Qazaxıstanda keçirilən XVL Avrasiya mediaforumu zamanı azərbaycanlı jurnalistlərdən birinin Qarabağ barədə sualına cavab verməyə məcbur olub.
Azərbaycanlı jurnalist "Ermənistan Baş nazirinin oğlu beynəlxalq səviyyədə Ermənistan ərazisi olaraq tanınmadığı halda Dağlıq Qarabağda qulluq edir, həmçinin Paşinyanın mayın 9-da Şuşadakı hərəkətləri və s. Belə olan halda tərəflər arasında etimad mühitinin formalaşdırılmasından danışmaq olarmı?", deyə Hakopyana sual ünvanlayıb.
Sualdan yayınan Hakopyan bildirib ki, o, detallar və siyasətə daxil olmaq istəmir.
"Biz münaqişə vəziyyətindəyik, müharibə başa çatmayıb, ona görə də bizim oğlumuz orduda xidmət edir" - Hakopyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az