Ordu.az xəbər verir ki, bu sözləri Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.
O qeyd edib ki, bununla bağlı qərarı ilk dəfə biz qəbul etmişik.
"Biz birinci olmuşuq. Yalnız bundan sonra digər ölkələrin konqresləri belə qərar qəbul etdilər", - deyə səfir bildirib.
Xatırladaq ki, 2011-ci il dekabrın 20-də Meksika Konqresinin Deputatlar Palatası Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazilərinin işğalını, xüsusilə də Xocalıda törədilən soyqırımı qətiyyətlə pisləyən qətnamə qəbul edib.
Ordu.az