Hovhannisyan təşvişdə: “Azərbaycanın hərbi siyasi rəhbərliyi hücum əməliyyatını əsas tərkib hissəsi hesab edir”

2019/05/f0637-3116691778.jpg
Oxunub: 793     16:01     20 May 2019    
“İstənilən halda Azərbaycanın hərbi siyasi rəhbərliyi hücum əməliyyatını əsas tərkib hissəsi hesab edir. Buna görə də, Azərbaycanda keçirilən təlimləri Ermənistan tərəfi ayrıntılı şəkildə izləməklə təhlil etməlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın “Orbeli” analitik mərkəzinin eksperti Taron Hovhannisyan deyib.

Erməni ekspert qeyd edib ki, ilk təlim martda, digəri isə mayda Türkiyə ilə birlikdə keçirilib və hazırda Azərbaycan mayın 20-24 aralığında keçiriləcək növbəti təlim haqqında məlumat yayıb.

“Bildirilir ki, təlimlərin əsas məqsədi düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunların hücuma keçməsindən ibarətdir. Məlumata əsasən, təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemlər və minaatan, 35 təyyarə və helikopter cəlb olunacaq.

Lakin nəzərə almaq lazımdır ki, elan edilən 10 min hərbi qulluqçunun hamısı təlimlərdə birbaşa iştirak etmir. Təlimlərə cəlb edilən şəxsi heyətin bir hissəsi həyəcanla qaldırıla və qısa vaxtdan sonra təkrar daimi yerləşmə məntəqəsinə qaytarıla bilər”, - deyə Hovhannisyan bildirib.

O qeyd edib ki, ssenariyə gəldikdə isə bu mövzu əvvəlki təlimlərdən bir o qədər də fərqlənmir: “Əks hücum ssenariləri son illər ərzində dəfələrlə keçirilib. İstənilən halda Azərbaycanın hərbi siyasi rəhbərliyi hücum əməliyyatını əsas tərkib hissəsi hesab edir. Buna görə də, Azərbaycanda keçirilən təlimləri Ermənistan tərəfi ayrıntılı şəkildə izləməklə təhlil etməlidir.

Bu təhlil Azərbaycan tərəfinin hansı taktikanı tətbiq etdiyini, hansı ssenariləri nəzərdən keçirdiyini, qoşunların irəliləməsi üçün hansı alqoritmlərdən istifadə etdiyini anlamağa imkan verir. Bütün bunlar gələcəkdə konkret fəaliyyətlərin planlaşdırılması zamanı kömək edə biləcək çox vacib incəliklərdir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Təlim   Qarabağ  

Hovhannisyan təşvişdə: “Azərbaycanın hərbi siyasi rəhbərliyi hücum əməliyyatını əsas tərkib hissəsi hesab edir”

2019/05/f0637-3116691778.jpg
Oxunub: 794     16:01     20 May 2019    