“Qarabağla bağlı istənilən manipulyasiya risklərə gətirib çıxara bilər” - Keryan

2019/05/00-95-3116684906.jpg
Oxunub: 654     16:42     20 May 2019    
“Tramp administrasiyası hazırda bölgədə böyük əhəmiyyətə malik olan Qarabağ münaqişəsinin həllinə diqqət ayırır. ATƏT-in Minsk qrupu Rusiya ilə ABŞ-ın əməkdaşlıq etdiyi nadir formatlardan biridir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Qarik Keryan bildirib.

O qeyd edib ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan yaxın vaxtlarda Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünün baş tuta biləcəyinə işarə edib.

Erməni politoloqun fikrincə, bütün görüşlər 100% qeyri-məxfiləşdirilmədiyinə görə, yalnız görüşlər barədə məlumat əldə edə bilirlər.

“Buna görə də, görüşlərin məzmun hissəsini müzakirə etmə imkanım yoxdur. Lakin 2018-ci ildə baş tutan görüşlərlə müqayisədə, görüşlərin hazırda daha intensiv keçirilməsini nəzərə alarsaq, müəyyən etimadın formalaşdığı hiss edilir. Hər iki tərəf müzakirə aparır və məsələni irəli çəkmək üçün səylər göstərir. Görüşlərin intensivliyində müsbət irəliləyiş var”, - deyə o bildirib.

Keryan, ABŞ-la bağlı səsləndirilən fikirlərə gəldikdə isə qeyd edib ki, əgər ABŞ-ın münaqişə üzrə maraqları olmasaydı, Minsk qrupunun həmsədr ölkələrindən biri olmazdı.

“Digər həmsədr ölkələr kimi Birləşmiş Ştatlar da vaxtaşırı bu məsələdə öz töhvəsini verir. İndiki məqamda yüksək səviyyəli görüşün ABŞ-da keçirilməsi çox əhəmiyyətlidir.

Bu, ölkə rəhbərləri və Xarici İşlər nazirləri səviyyəsində uzun müddətdir ABŞ-da görüş keçirilmədiyi baxımından da əhəmiyyətlidir. Tramp administrasiyası hazırda bölgədə böyük əhəmiyyətə malik olan Qarabağ münaqişəsinin həllinə diqqət ayırır. ATƏT-in Minsk qrupu Rusiya ilə ABŞ-ın əməkdaşlıq etdiyi nadir formatlardan biridir.

Nəhayət sırf nizamlanma prosesi baxımından yanaşsaq, prosesin hər hansı həmsədr tərəfindən manipulyasiya edilməməsi vacibdir. İstənilən manipulyasiya müxtəlif xarakterli risklərə gətirib çıxara bilər. Belə olan halda tarazlaşdırılımış siyasət və bütün həmsədr ölkələrin cəlb edilməsi kifayət qədər vacibdir”, - deyə erməni politoloq sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, aprel ayında Moskvada Rusiya Federasiyasının Xarici İşlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrlərinin müşayiəti ilə keçirilən görüşündən bir neçə gün sonra Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov, Vaşinqton tərəfindən Xarici İşlər Nazirlərinin növbəti görüşünün ABŞ-da təşkil edilməsinin təklif edildiyini açıqlayıb.

İrəvan buna cavab olaraq, hələ heç nəyin dədiq olmadığını söyləyib. ABŞ tərəfi isə görüşün vaxtı və yeri barədə heç bir şeyin müəyyən olunmadığını bildirərək, rəsmi Vaşinqtonun sülh yolu ilə nizamlanma üzrə məsuliyyətini davam etdirəcəyini vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   ABŞ  

“Qarabağla bağlı istənilən manipulyasiya risklərə gətirib çıxara bilər” - Keryan

2019/05/00-95-3116684906.jpg
Oxunub: 655     16:42     20 May 2019    