“Tərəflərin Qarabağla bağlı güzəştlərə getmək fikri yoxdur” - Lukyanov

2018/02/Fyodor_Lukyanov345345_1518523760.jpeg
Oxunub: 885     16:48     18 May 2019    
“ABŞ-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü heç nəyi dəyişməyəcək, tərəflərin siyasi güzəştlərə getmək fikri yoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Fyodor Lukyanov bildirib.

O, Ermənistan və Azərbaycan tərəfləri arasında təşkil olunacaq görüşünün uzadılması səbəblərini açıqlayıb: “Burada texniki və məzmun çətinliklərinə gətirib çıxaran bir problem var. Rus tərəfi bu münaqişə ilə həmişə yüksək səviyyədə məşğul olur. Rus diplomatların və rəhbərlərin 1994-cü ildən başlayaraq nə qədər görüşlər təşkil etdiyini xatırlatmağa ehtiyac yoxdur”.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun bir neçə gün öncəki bəyanatına toxunan rus politoloq bildirib ki, həll prosesinin prinsipləri ilə bağlı açıqlamaları sonuncu dəfə ATƏT-in Misk qrupu həmsədrləri ediblər.

“ABŞ-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü heç nəyi dəyişməyəcək, tərəflərin siyasi güzəştlərə getmək fikri yoxdur. Onlar bu açıqlamaları, yaydıqları mesaj vasitəsilə Madrid prinsiplərini təqdim edərək veriblər və bu prinsiplərin nizama salınması bu və ya digər mərhələdə hər hansı bir sənədə kiçik dəyişikliklər edilməklə yerləşdirilib.

Rəsmi məlumatlarda bu barədə hər hansı bir məlumat yoxdur. Erməni tərəfi qeyd edir ki, tərəflər mövqeləri qarşılıqlı şəkildə mübadilə edirlər və Dağlıq Qarabağın (qondarma qurum-re.) danışıqlar masasında iştirakı tələb edilir. Azərbaycan tərəfi isə həmişə iddia edir ki, danışıqlar əvvəlki formatda davam etdirilir. Yəni, tərəflərin hər biri öz yanaşmasını reallıq kimi təqdim etmək istəyir. Reallıqda danışıqlar prosesində nələr həyata keçirilir? Əslində, danışıqlar prosesi qapalı şəkildə aparılır, yalnız bunu ehtimal etmək olar ki, əgər cəbhə xəttində vəziyyət dəyişikliyi varsa, deməli tərəflərin konsensusu yoxdur", - deyə Lukyanov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal  

“Tərəflərin Qarabağla bağlı güzəştlərə getmək fikri yoxdur” - Lukyanov

2018/02/Fyodor_Lukyanov345345_1518523760.jpeg
Oxunub: 886     16:48     18 May 2019    