Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mayın 17-də Qarabağda qanunsuz dislokasiya olunan Ermənistan ordusunun mərkəzi tabeliyində olan hərbi hissələrindən biri cəlb olunmaqla Ağdamın Uzundərə adlanan ərazisində döyüş atışlı taborun taktiki təlimi keçirilib.
Təlimləri qanunsuz hərbi birləşmənin rəhbəri general-mayor Karen Abrahamyan izləyib.
Təlimdən əvvəl açılmış təlim nöqtələrində birlik və hərbi hissə komandirləri cəlb edilməklə məşğələlər keçirilib. Qumbaraatan taqımın müdafiədə tətbiqi, bu halda hədəfi görmədikdə tabor komandiri tərəfindən atış tapşırığının icraası və taktiki təlimlərə aid digər mövzular üzrə məşqlər keçirilib.
Təlimlərdə şəxsi heyətin idarə edilməsi və döyüşün aparılması üzrə yeni yanaşmaların tətbiq edildiyi iddia edilir.
Alpər Mövludoğlu
Ordu.az