Düşmən Ağdamda artilleriya silahları ilə təlimlərə başladı - ŞƏRH

2019/05/03345-1558080158.jpg
Oxunub: 1403     12:21     17 May 2019    
Ermənistan Silahlı Qüvvələri işğal altında olan Ağdam rayonu ərazisində hərbi təlimlərə başlayıb.

Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, Ağdam və Tərtər rayonlarında yerləşən cəbhəyanı kəndlərdən də açıq şəkildə müşahidə edilən təlimlərdə əsasən ağır artilleriya silahlarından istifadə edilir.

Atılan mərmilər Ağdam rayonunun işğal altında olan kəndlərinin xarabalıqlarında və dağ massivlərində partlayır.

İşğalçı ordunun ard-arda təşkil etdiyi təlimlərdə diqqət çəkən məqam təlimlərin daim eyni yerdə - Ağdam rayonu ərazisində keçirilməsidir.

Ehtiyatda olan polkovnik-leytenant, artilleriyaçı Eldəniz Hüseynov məhz təlimlərin bu ərazilərdə keçirilməsinin bir neçə səbəbinin olduğunu diqqətə çatdırıb:

"Təlimlərin Ağdam rayonu ərazisində keçirilməsinin səbəbi burada geniş ərazilərin olmasıdır. Yəni yaşayış olmayan xarabalıqlar və dağ massivləri... Lakin bu hal başlıca səbəb ola bilməz. Əsas diqqət çəkən məqam ondan ibarətdir ki, onlar cəbhənin Ağdam rayonu istiqamətindən daha çox hücum gözləyirlər. Ona görə də müxtəlif istiqamətlərdə yerləşən ordu birləşmələrini işğal altında Ağdam rayonu ərazisinə gətirərək təlimlərə cəlb edirlər. Müşahidə edildiyi kimi düşmən burada müdafiə xarakterli atışlar həyata keçirir".

Qeyd edək ki, təlimlər hazırda davam edir. Partlayış zamanı baş verən torpaq titrəməsi cəbhəyanı kəndlərdə hiss edilir. Əhali arasında təşviş yoxdur.

Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ   Təlim   Təxribat  

Düşmən Ağdamda artilleriya silahları ilə təlimlərə başladı - ŞƏRH

2019/05/03345-1558080158.jpg
Oxunub: 1404     12:21     17 May 2019    