MKİ-nin keçmiş analitiki: “ABŞ daha yüksək məmurlar səviyyəsində Qarabağla məşğul ola bilmir”

2019/01/BE78D-1547626527.jpg
Oxunub: 457     12:14     17 May 2019    
“Ermənistanın siyasi ambisiyalarına görə, indiki yardım həcmi ABŞ tərəfi üçün qənaətbəxş hesab olunur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Sovet İttifaqı millətləri üzrə keçmiş müşaviri, tanınmış amerikalı politoloq Pol Qobl Ermənistana verilən yardımların həcminin genişləndirilməsi zərurəti haqqında rəsmi İrəvanın qeyri-konstruktivliyinə toxunarkən bildirib.

Onun sözlərinə görə, Ermənistan öz xarici siyasətinin, xarici istiqamətinin Rusiyaya doğru olmasını dəyişməyib.

“Ermənistanın Rusiya ilə kifayət qədər əlaqələri olsa da, Birləşmiş Ştatlarla yoxdur. Buna görə də daha fəal çalışmaq, şəxsi ehtiyacları təqdim etməklə bunları siyasi əməkdaşlıq sahəsində büruzə vermək lazımdır. ABŞ daha yüksək məmurlar səviyyəsində bəzi problemlərlə məşğul ola bilmir. Bu problemlərdən biri də məsələn, Dağlıq Qarabağ münaqişəsidir. Buna görə də bunu Ermənistan etməlidir.

Əgər problem olduğunu düşünürlərsə, o zaman Ermənistan təşəbbüskar siyasət yürütməlidir. Heç olmasa ABŞ-da narahatlıqlara səbəb olan qəbul etdiyi qərarları şərh etməlidirlər. Xüsusilə bu qərarlar ABŞ-ın milli maraqlarından uzaq olan bir bölgəni əhatə edirsə və ABŞ ümumiyyətlə vahid bir bölgə olaraq, həmin ərazi nəzərdən keçirilirsə, Ermənistan ABŞ tərəfinin gözlədiyi kimi davranmalıdır” , - deyə amerikalı ekspert qeyd edib.

Gürcüstanda “Qızıl Gül” inqilabından sonra ABŞ yardımının gözlənilməz həcmləri və Ermənistanda baş verən proseslərin inkişafından sonra göstərilən yardımların həcmləri arasında müqayisə aparılmasına dair səsləndirilən fikirlərə və bu müqayisələrin nə dərəcədə doğru olduğuna dair verilən sualı cavablandırarkən Pol Qobl bildirib ki, münasibətlərin siyasi səviyyəsi haqqında təsadüfi qeydlər aparmır.

“Gürcüstan ABŞ-la daha dərin münasibətlərə səy göstərir və Avro-Atlantik inkişaf yolunu seçib. Ermənistanla Gürcüstan fərqli platformalara malikdir” , - deyə Qobl əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   ABŞ   Qarabağ   İşğal  

MKİ-nin keçmiş analitiki: “ABŞ daha yüksək məmurlar səviyyəsində Qarabağla məşğul ola bilmir”

2019/01/BE78D-1547626527.jpg
Oxunub: 460     12:14     17 May 2019    