Ordu.az xəbər verir ki, işğal altında olan Şuşa yaxınlığında “Mersedes” markalı avtomobil idarəetməni itirərək çaya aşıb.
Nəticədə altıncı dağ-atıcı alayının Qaqo Mailyan adlı zabitin onurğa sütunu, beşinci dağ-atıcı alayın Harut Arakelyan adlı hərbçinin çənə sümüyü sınıb, digər bir əsgər isə yüngül xəsarət alıb.
Hərbçilər Xankəndi xəstəxanasında təcili əməliyyat ediliblər. Həkimlər onurğası sınan zabitin ömürlük şikəst olacağını bildiriblər.
Ordu.az