Ordu.az xəbər verir ki, işğalçı Ermənistan ordusunun doqquzuncu motoatıcı alayının döyüş mövqeyində xidmət edən hərbi qulluqçu nizamnamədənkənar münasibətlər zəmnində xidmət yoldaşını güllələyib.
Mübahisə zamanı təhqirlərə tab gətirməyən Emil Karapetyan adlı hərbi qullluqçu odlu silahdan atəş açaraq xidmət yoldaşı Aron Nahapetyanı ağır yaralayıb. Yaralı erməni hərbçisi hərbi hospitala yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Ordu.az